Bu gün İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını “Yeni ABŞ ərazisi” kimi təqdim etməsinə sərt reaksiya verib.
Zefer.media xəbər verir ki, Qəribabadi “X” hesabında paylaşım edərək Trampın daha əvvəl Fars körfəzinin adı ilə bağlı açıqlamasına istinad edib və deyib:
“Tramp əbədi Fars körfəzinin adını düzgün yazdığı kimi, tezliklə onun Hörmüz boğazı ilə bağlı xülyası ya düzəldiləcək, ya da biz bu xülyalara qapılmış şəxsin xəyallarını puça çıxaracağıq”.
Zərintac Mayisqızı

















