“Əgər Tramp İranın mülki infrastrukturuna hücum təhdidlərini həyata keçirərsə, o, “super müharibə cinayətkarı” olacaq”.
Zefer.media xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi “X” hesabında bildirib.
Onun sözlərinə görə, Tehran istənilən hücumu və ya təhdidi cavablandıracaq.
Qəribabadi qeyd edib ki, İranın ərazi bütövlüyünə qarşı güc tətbiqi BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən təcavüzə nümunədir.
Nazir müavini əlavə edib ki, İran özünümüdafiə məqsədilə qanuni hərəkətlərini davam etdirəcək və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq istənilən hücuma və ya qaçılmaz təhdidə qətiyyətlə, dərhal və qətiyyətlə cavab verəcək. O, ABŞ prezidentinə nəticələri çox geniş olacaq bu təhdidləri həyata keçirməkdən çəkinməyi tövsiyə edib.
Zərintac Mayisqızı

















