İranın Tunisdəki səfirliyi ABŞ-yə qarşı simvolik məzmunlu bir video paylaşaraq diqqət çəkib.
Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
“Bir cəbhə. Bir döyüş” başlığı ilə yayımlanan görüntülərdə ABŞ-nin Nyu-Yorkdakı “Azadlıq heykəli” və Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən “Xilaskar Məsih” heykəlinin animasiya şəklində qarşı-qarşıya gəldiyi göstərilir.
İki simvolik fiqur arasında baş verən “mübarizə” sonunda “Xilaskar Məsih” heykəlinin qalib gəldiyi, “Azadlıq heykəli”nin isə dağıdıldığı əks olunub.

Zərintac Mayisqızı

















