Xarici xəbərlər

İran rəsmisi Pezeşkianı hicab məsələsində sərt mövqe tutmağa çağırdı

17 Avqust 2026, 12:232
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən İran parlamentinin keçmiş sədr müavini Əli Mütəhhəri prezident Məsud Pezeşkiana ünvanladığı məktubda ölkədə hicab qaydalarına nəzarətin bərpa edilməsinə çağırıb.

Zefer.media xəbər verir ki, Mütəhhəri bəzi qadın və kişilərin geyim tərzini tənqid edərək hökumətin məcburi hicab məsələsindəki mövqeyinin cəmiyyətdə geyim üzərində nəzarətin artıq aradan qalxdığı təsəvvürünü yaratdığını bildirib.

Keçmiş deputat 2022-ci ildəki etirazlardan sonra qadınların “böyük əksəriyyətinin” İslam Respublikasının geyim qaydalarına əməl etdiyini iddia edib.

Mütəhhəri xüsusilə Pezeşkianı da tənqid edərək, onun hicab qaydalarına əməl etməməyi bilərəkdən təbliğ etdiyini vurğulayıb. O, Pezeşkian hökumətini cəmiyyətə hicaba nəzarətin davam etdiriləcəyi barədə açıq mesaj verməyə çağırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600