Xarici xəbərlər

“İran qazı Rusiya qazına alternativ deyil”

29 İyul 2026, 16:1811
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistan İran qazını Rusiya qazına alternativ hesab etmir.

Zefer.media xəbər verir ki, bunu Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan deyib.

O, bu açıqlamanı İrana son səfəri və iranlı rəsmilərlə keçirdiyi danışıqlarla bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazirin sözlərinə görə, İranın Ermənistandan daha çox elektrik enerjisinə ehtiyacı var və tərəflər “elektrik enerjisi müqabilində qaz” müqaviləsi çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Xudatyan Ermənistanın Rusiya qazının qiymətlərinin artacağı ehtimalına görə alternativ axtarması barədə iddiaları təkzib edib. O qeyd edib ki, İranla əməkdaşlıq uzun illərdir davam edir və tərəflər bu əməkdaşlığın genişləndirilməsi üçün potensial gördüklərinə görə onun miqyasını artırmaq barədə razılığa gəliblər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600