Dünən İran parlamentində “Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi üçün strateji fəaliyyət” adlı qanun layihəsinin təqdim olunub.
Zefer.media xəbər verir ki, bununla bağlı, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi məlumat verib.
Əzizi “X” hesabında yazıb ki, sənəd bazar ertəsi axşamı parlamentin açıq iclasında rəsmi şəkildə elan edilib. Onun sözlərinə görə, qanun layihəsi ABŞ dronlarının vurulması ilə eyni vaxtda parlamentə təqdim edilib.
Komissiya sədri qeyd edib ki, İran Hörmüz boğazının idarə olunması ilə bağlı “qırmızı xətlərini” qorumaqda qətiyyətlidir.
“Bu, ilk addımdır. Sonrakı tədbirlər qarşıdadır”, – deyə Əzizi paylaşımında vurğulayıb.
Zərintac Mayisqızı

















