İran parlamentində ölkənin Nüvə Silahının Yayılmaması Müqaviləsi (NPT)-dən çıxması məsələsi müzakirəyə çıxarılıb.
Zefer.media xəbər verir ki, məsələnin İran parlamentində müzakirəsinin detalları ilə bağlı qanunverici orqanda sərt xətt tərəfdarlarını təmsil edən millət vəkili Malik Şəriəti ölkə mediasına açıqlamasında deyib.
O, parlamentin müzakirəsinə İran xalqının nüvə hüququnun qorunması və NPT-dən çıxılması barədə təcili şəkildə baxılmalı olan qanun layihəsinin təqdim edildiyini bildirərək deyib:
“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) vəzifələrindən biri onun üzvü olan ölkələrin dinc nüvə fəaliyyətlərini dəstəkləməkdən ibarətdir. Yəni nüvə təsisatlarının, əldə olunan imkanların, nüvə alimlərinin qorunması Agentliyin əsas vəzifələri sırasında yer alır. Amma indiyə qədər AEBA İran qarşısında öhdəliklərinin heç birini yerinə yetirməyib və faktiki olaraq öz funksionallığını itirib”.
Zərintac Mayisqızı

















