Tehran Omanın Hörmüz boğazından keçid yollarının İran və Oman arasında bərabər bölünməsi ilə bağlı təklifini rədd edib və bunun əvəzində boğazın yenidən açılması üçün Maskata öz müvəqqəti planını təqdim edib.
Zefer.media xəbər verir ki, bu haqda İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
Qəribabadi İran dövlət televiziyasına müsahibəsində deyib ki, Oman gəmiçilik marşrutunun 50 faizinin İranın, digər 50 faizinin isə Omanın nəzarətində olmasını təklif etsə də, Tehran bunun İranın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmadığını düşünüb.
Onun sözlərinə görə, İranın təklif etdiyi müvəqqəti plana əsasən, gəmilər İranın ərazi sularından keçəcək, geri dönüş marşrutunun bir hissəsi də İran sularından olacaq.
Zərintac Mayisqızı

















