İranın vəliəhd şahzadəsi Rza Pəhləvi ABŞ və İsrail liderlərinə müraciət edərək, İranın mülki əhalisinə zərbə endirməməyə çağırıb.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, devrilmiş şahın oğlu vurğulayıb ki, “İran İslam Respublikası deyil”.
65 yaşlı sonuncu İran şahının oğlu hakim rejimin infrastrukturu ilə mülki obyektlərin fərqləndirilməsinə çağırıb.
“İranın mülki infrastrukturu İran xalqına və azad gələcəyinə məxsusdur. İslam Respublikasının infrastrukturu isə bu gələcəyin reallaşmasının qarşısını almaq üçün istifadə olunan repressiya və terror mexanizmidir”, – deyə Rza Pəhləvi X sosial şəbəkəsində yazıb.
“İran qorunmalıdır. Rejim isə sökülməlidir”, – deyə o əlavə edib.

















