Dünya

İran müharibəsinə qarşı çıxmaq lazımdır – Nyu-York meri

2 Aprel 2026, 12:581
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən Nyu-York şəhərinin müsəlman meri Zöhran Mamdani ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına kəskin etirazını bildirib.

Zefer.media xəbər verir ki, bununla bağlı Mamdani siyasi analitik Brayan Tayler Koenə verdiyi müsahibədə deyib.

O qeyd edib ki, həmin müharibəyə yalnız prosedur baxımından deyil, həm də mənəvi və siyasi cəhətdən etiraz edilməlidir. Merin sözlərinə görə, müharibə ölkədə və şəhərdə həyatı asanlaşdıracaq digər sahələrə ayrılacaq maliyyəni istifadə edir, ancaq buna baxmayaraq insanlar bu real vəziyyətə göz yumurlar.

Mamdani ABŞ və İsrailin hücumlarını “qanunsuz təcavüz müharibəsinin fəlakətli eskalasiyası” kimi dəyərləndirib və bu addımların dayandırılmasına çağırış edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600