Dünya

İran İraqa yaraqlıların silahları ilə bağlı gizli təklif verib

21 Avqust 2026, 11:094
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən “Əl-Hədəs” telekanalı İran parlamentinin sədri Məhəmmədbağır Qalibafın İraqa səfəri zamanı aparılan danışıqların pərdəarxası detalları ilə bağlı xəbər verib.

Zefer.media xəbər verir ki, Qalibaf Bağdad hökuməti ilə Tehrana bağlı silahlı qruplaşmalar arasında birbaşa qarşıdurmanın qarşısını almaq məqsədi ilə İraq rəsmilərinə bir sıra gizli təkliflər təqdim edib.

Təkliflər arasında  yaraqlıların ağır silahlardan istifadəsinin dayandırılması, bu silahların gizlədilməsi və ya siyasi razılaşma əldə edilənədək onların bir hissəsinin müvəqqəti olaraq İran ərazisinə köçürülməsi yer alıb.

Qalibafın planında Tehrana bağlı qüvvələrin yenidən təşkil edilməsi və təlim keçməsi məsələsinin də yer aldığını vurğulanıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600