İran ABŞ-nin yeni hücumu olacağı təqdirdə Hörmüz boğazından keçən sualtı internet kabellərinə zərbə endirə biləcəyini bəyan edib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi açıqlama verib.
“Fars” agentliyinin məlumatına görə, Möhibi boğazdan qlobal internet trafiki və kommersiya məlumatlarının ötürülməsini təmin edən yeddi əsas sualtı kabelin keçdiyini bildirib.
Qəmər Kazımzadə




