Dünya

İran generalından ABŞ hərbçilərinin ailələrinə xəbərdarlıq: “Yaxınlarınızla əlaqə saxlayın”

1 Aprel 2026, 16:512
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Quru Qoşunlarının komandanı, general Əli Cahan Şahi ABŞ hərbçilərinin ailələrinə müraciət edərək onları növbəti 24 saat ərzində Qərbi Asiyada xidmət edən yaxınları ilə əlaqə saxlamağa çağırıb.

Zefer.media xəbər verir ki, General bu barədə “X” hesabında paylaşım edərək bildirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bölgədəki mümkün itkilərlə bağlı məlumatların açıqlanmasını senzura edir.

“Mərkəzi Komandanlıq öldürülən Amerika əsgərlərinin sayını ciddi şəkildə senzura edib. Amerika əsgərlərinin ailələrinə növbəti 24 saat ərzində Qərbi Asiyaya göndərilən övladları ilə əlaqə saxlamalarını tövsiyə edirik. Nə olacağını görəcəyik”, – deyə, general paylaşımında yazıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600