Dünən Fransanın İrana qarşı sərt ritorikası Tehran tərəfindən yeni tənqidlərə səbəb olub.
Zefer.media xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi “X” hesabında bildirib:
“Parisin İslam Respublikasına qarşı mövqeyi və iranlı diplomatların Fransadan çıxarılması iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirir.
İran xalqı Fransanın çirklənmiş qan (1980-ci illərdə Fransa şirkətlərinin hemofiliya xəstələri üçün İrana ixrac etdikləri, HİV və hepatit C-yə yoluxmuş qan preparatları ilə bağlı insident – red.), INSTEX (Avropa Birliyi və İran arasında reallaşdırılmamış ticarət mexanizmi – red.) və “snapback” mexanizmi (BMT-nin İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan) kimi məsələlərlə bağlı davamlı xəyanətlərini heç vaxt unutmayacaq”.
Əzizi Fransanın İran əleyhinə siyasətini davam etdirməsinin Parisin öz vəziyyətini daha da çətinləşdirəcəyini deyib.
Zərintac Mayisqızı

















