Bu gün İran ordusu Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə yeni zərbələr endirdiyini bəyan edib.
Zefer.media xəbər verir ki, Küveytdəki Ərcan hava bazasında ABŞ ordusuna məxsus HIMARS çoxsaylı raket buraxılış sistemləri hədəfə alınıb.
Küveyt hakimiyyəti isə bu iddianı təsdiqləməyib. Ölkənin Silahlı Qüvvələri yayılan açıqlamada eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Eyni zamanda, İran tərəfi Bəhreyndəki ABŞ hərbi bazalarına da zərbələr endirildiyini iddia edib. Bununla bağlı sosial şəbəkələrdə peyk görüntüləri paylaşılsa da, zərərin miqyası və hücumun nəticələri barədə müstəqil təsdiq hələlik yoxdur.
Zərintac Mayisqızı

















