Dünən İranın adı açıqlanmayan yüksək vəzifəli rəsmisi ABŞ ilə diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə Tehranın hərbi siyasətini müdafiədən “tam hücum” strategiyasına keçirəcəyini qeyd edib.
Zefer.media xəbər verir ki, rəsmi “Reuters” agentliyinə açıqlamasında deyib:
“ABŞ bir neçə həftə ərzində müvəqqəti sülh sazişinin şərtlərini tam şəkildə yerinə yetirməsə, İran ABŞ-nin dəniz blokadasını yarmaq üçün hərbi addımlara əl ata bilər”.
İran rəsmisi bildirib ki, danışıqlarda yaranmış çıxılmaz vəziyyət Tehranın müdafiə siyasətindən “tamamilə hücum” siyasətinə keçmək qərarına səbəb olub.
Onun sözlərinə görə, İranın müvafiq strukturları Hörmüz boğazında və bütövlükdə bölgədə gərginliyin artmasına hazır olmalıdır. Rəsmi qeyd edib ki, mürəkkəb vəziyyət yarandığı halda İran qərar qəbul etməyə, “vaxtında və dəqiq” addımlar atmağa hazırdır.
Zərintac Mayisqızı




