İran ABŞ-la birbaşa və ya vasitəçilər vasitəsilə əlaqə saxlamadığını Fars agentliyinə anonim mənbə bildirib.
Zefer.media xəbər verir ki, mənbə, ABŞ Prezidenti Donald Tramp-ın son iki gündə İranla “səmərəli danışıqlar” apardığını bildirməsinə belə reaksiya verib: “Müqavilə və ya vasitəçilik yolu ilə Tramp-la heç bir əlaqə yoxdur. Tramp, bütün elektrik stansiyalarının hədəf olacağı xəbərini eşidəndən sonra geri çəkildi”.
Donald Tramp isə bu gün açıqlayıb ki, İranla baş tutan əlaqələr nəticəsində Pentaqona yaxın beş gün ərzində İranın enerji infrastrukturuna zərbə endirməməyi tapşırıb. Əlavə qərarlar “hazırkı görüşlər və müzakirələr”in nəticələrindən asılı olacaq.

















