Xarici xəbərlər

İran ABŞ-ın sülh planına rəsmi cavab göndərib – Tasnim

26 Mart 2026, 18:2914
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran ABŞ-nin təklif etdiyi münaqişələrin həlli planına rəsmi cavab təqdim edib və Vaşinqtonun cavabını gözləyir.

Zefer.media xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi Telegram-da məsələ ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Tehranın cavabı vasitəçilər vasitəsilə ötürülüb. Orada münaqişənin sona çatması üçün əsas şərtlər yer alıb.

Qeyd olunub ki, İran qarşı tərəfin hücumunun dayandırılmasını, müharibənin təkrarlanmayacağına dair real zəmanətlərin yaradılmasını və təzminatların ödənilməsini tələb edir.

Bundan əlavə, Tehran Hörmüz boğazı üzərində suverenliyinin tanınmasında israr edir və bunu ölkənin “təbii və qanuni hüququ” adlandırır. İran tərəfi həmçinin ABŞ-nin öz öhdəliklərini yerinə yetirəcəyinə dair hüquqi cəhətdən məcburi zəmanətlər də tələb edir.

Mənbə vurğulayıb ki, İran Vaşinqtonun danışıqlar aparmaq niyyəti ilə bağlı açıqlamalarına etibar etmir. Tehran hesab edir ki, Ağ Ev üç məqsəd güdür: sülh görüntüsü yaratmaq, qlobal neft qiymətlərini aşağı saxlamaq və yeni quru işğalına hazırlaşmaq üçün vaxt qazanmaq.

Xatırladaq ki, martın 25-də “The New York Times” qəzeti ABŞ-nin Pakistan vasitəsilə İrana 15 maddəlik sülh planı göndərdiyini bildirib. Təklif olunan plan İslam Respublikasının raket və nüvə proqramları, eləcə də naviqasiya azadlığı ilə bağlı aspektləri əhatə edir.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600