Xarici xəbərlər

“İran ABŞ ilə uzunmüddətli sülh sazişinə hazır deyil”

12 Avqust 2026, 15:191
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo İranın Vaşinqtondan irəli sürdüyü tələblərin onun ABŞ ilə uzunmüddətli sülh sazişinə hazır olmadığını göstərdiyini bildirib.

Zefer.media xəbər verir ki, Pompeonun sözlərinə görə, İran danışıqlarda güzəştə getmək istəmir və ümumiyyətlə razılaşma əldə etməkdə maraqlı deyil.

O, İranın ABŞ və İsraillə bağlı mövqeyini də tənqid edərək, Tehranın seçkilər yaxınlaşdıqca Donald Trampın mövqeyini zəiflətməkdə maraqlı olduğunu bildirib.

Trampın ilk prezidentliyi dövründə dövlət katibi vəzifəsini tutmuş Pompeo qeyd edib ki, İran ABŞ-də keçiriləcək seçkiləri və Trampın seçkilərdə məğlub olmasını nəzərə alaraq hərəkət edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600