Dünya

İran ABŞ ilə görüş keçiriləcəyi ilə bağlı xəbərləri yenidən təkzib etdi

30 İyun 2026, 11:002
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran ABŞ nümayəndə heyəti ilə Qətərin paytaxtı Dohada keçirilməsi gözlənilən görüşlə bağlı iddiaları növbəti dəfə təkzib edib.

Zefer.media xəbər verir ki, İranın danışıqlar qrupunun üzvü və siyasi analitik Seyid Məhəmməd Mərəndi “X” hesabındakı paylaşımında Donald Trampın Dohada keçiriləcək görüşlə bağlı açıqlamasına cavab verərək, ABŞ nümayəndələri ilə hər hansı görüşün planlaşdırılmadığını bildirib.

“Əlbəttə ki, belə bir müraciət Tramp administrasiyası tərəfindən edilib, ancaq İran bu görüş üçün nümayəndə heyəti göndərməyəcək”, – deyə Mərəndi qeyd edib.

Bu arada, Qərb mediası İranla nüvə danışıqlarına cavabdeh olan ABŞ texniki qrupunun İsveçrədən Dohaya yola düşdüyünü yazıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600