Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ABŞ ilə imzalanmış Anlaşma Memorandumunda 60 günlük son tarixin nəzərdə tutulmadığını bildirib.
Zefer.media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bəqayi qeyd edib ki, memorandumda yalnız sanksiyaların ləğvi və nüvə məsələsi üzrə danışıqların aparılması üçün 60 günlük müddət müəyyənləşdirilib.
Onun sözlərinə görə, bu müddət ərzində nəticə əldə olunmadığı təqdirdə danışıqların uzadılması da mümkün idi. Buna görə də sözügedən müddət İran üçün hər hansı ultimatum və ya son tarix anlamına gəlməyib.
Bəqayi bildirib ki, ABŞ-nin anlaşmanı pozması səbəbindən sənədin imzalanmasından bir neçə həftə sonra danışıqlara başlanılmayıb. Nəticədə 60 günlük müddətin müzakirəsinin də əhəmiyyətini itirdiyini deyib.
O vurğulayıb ki, Tehran heç vaxt təzyiq, ultimatum və ya müəyyən edilmiş son tarixlər əsasında siyasətini dəyişmir.
Zərintac Mayisqızı

















