Dünya

İran ABŞ bazalarını yenidən raket atəşinə tutdu – Savaş səngimir

24 İyul 2026, 10:381
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün səhər saatlarında İran ABŞ hərbi bazalarını hədəfə almağa davam edib.

Zefer.media xəbər verir ki, İranın “Bidgane” bölgəsi yaxınlığından raket buraxılışlarının həyata keçirildiyi bildirilib.

Məlumata görə, raket atışları yerli vaxtla təxminən saat 05:50 radələrində baş verib. Buraxılışların izləri Kərəc və Fərdis şəhərləri də daxil olmaqla müxtəlif yaşayış məntəqələrindən müşahidə olunub.

Eyni zamanda, Mərkəzi əyaləti və İsfahan bölgəsindən də raket buraxılışları barədə məlumatlar yayılıb.

Bu arada ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən son hərbi əməliyyatların görüntülərini yayımlayıb.

CENTCOM-un məlumatına görə, hücumlar zamanı İranın komandanlıq mərkəzləri, pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı obyektlər, rabitə şəbəkələri, sahil müşahidə məntəqələri və dəniz aktivləri hədəfə alınıb.

Komandanlıq yayımladığı görüntülərlə əməliyyatların gedişini nümayiş etdirib. Hücumların nəticələri və vurulan obyektlərə dəyən ziyanın miqyası ilə bağlı əlavə rəsmi məlumat açıqlanmayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600