İran və ABŞ arasında atəşkəs elan olunmasından sonra İranın icazəsi və müşayiəti ilə Hörmüz boğazından ilk tanker keçib.
Zefer.media xəbər verir ki, bu barədə “IRIB News” məlumat yayıb.
Hələki Hörmüz boğazından keçidinə icazə verilən tankerin hansı ölkəyə aid olduğu açıqlanmayıb.
Qeyd edilib ki, İran Hərbi Dəniz Qüvvələri daha əvvəl gəmilərin yalnız İranın icazəsi ilə Hörmüz boğazından keçə biləcəyini bildirmişdi. Buna baxmayaraq, atəşkəsdən sonra ilk keçidin baş verdiyi və həmin tankerin boğazı təhlükəsiz şəkildə tərk etdiyi vurğulanıb.
Zərintac Mayisqızı

















