• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.6° Weather Ashburn
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

01 İyun, 26 / 17:10
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Zefer.media xəbər verir ki, dövlətimizin başçısı Kaleb Orra “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən sərgilərin və “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirib.

ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirdi, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə edib.

Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxundu, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğuladı. Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığı qeyd olunub.

Dövlətimizin başçısı “Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxunub.

Kaleb Orr ABŞ Prezidenti Donald Trampın və Dövlət katibi Marko Rubionun salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Donald Trampa və Marko Rubioya çatdırmağı xahiş edib.

Qonaq vurğuladı ki, Donald Trampın “Bakı Enerji Həftəsi”nə məktub ünvanlaması tədbirin Amerika Birləşmiş Ştatları üçün nə qədər önəmli olduğunu göstərir.

Kaleb Orr, eyni zamanda dedi ki, bu tədbir enerji bazarlarının vəziyyəti ilə bağlı müzakirələr aparmaq baxımından Prezident İlham Əliyevin liderlik rolunu nümayiş etdirir.

Söhbət zamanı “Bakı Enerji Həftəsi”nin qlobal enerji məsələləri barədə fikir mübadiləsi aparmaq, həmçinin dünyanın qabaqcıl enerji şirkətləri, dövlət qurumları, investorlar və sənaye mütəxəssisləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün uğurlu platforma olduğu vurğulanıb.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bənzər Xəbərlər

Cəmiyyət

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

İyun 6, 2026
Cəmiyyət

Yağıntılı hava ayın neçəsinə kimi davam edəcək?

İyun 5, 2026
Dünya

Ərdoğan: Qlobal sistem bir çox fürsəti boşa verdi

İyun 5, 2026
Manşet

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

İyun 5, 2026
Dünya

Qaluzin Avropanı Ukrayna ilə bağlı dialoq üçün konkret ideyalar irəli sürməyə çağırıb

İyun 5, 2026
Cəmiyyət

İlham Əliyev bu şəxsləri təltif edib

İyun 5, 2026

XƏBƏR LENTİ

Gəmiyə hücum zamanı yaralanan vətəndaşlarımız AzTV-yə nələri danışdılar? – EKSKLÜZİV AÇIQLAMALAR

06 İyun, 26 / 15:30

Azərbaycanda ilk su ölçmə sistemi Ağstafada quruldu

06 İyun, 26 / 14:32

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

06 İyun, 26 / 13:47

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

05 İyun, 26 / 23:19

Həlak olan azərbaycanlılardan ikisinin kimliyi bilinib

05 İyun, 26 / 17:14

Yağıntılı hava ayın neçəsinə kimi davam edəcək?

05 İyun, 26 / 17:12

İsrailin Livanın cənubuna hücumları ilə bu qədər şəxs həlak olub

05 İyun, 26 / 17:09

Ərdoğan: Qlobal sistem bir çox fürsəti boşa verdi

05 İyun, 26 / 17:01

Fərid Əhmədov Zəngilanda vətəndaşları qəbul edib

05 İyun, 26 / 16:27

Polşa Baş nazirinin müavini UPA vasitəsilə ukraynalılara məktub yazdı

05 İyun, 26 / 16:20

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.