Dünya

II Qaregin və altı yepiskop barəsində cinayət işi məhkəməyə göndərilib

29 İyul 2026, 17:364
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistan prokurorluğu bütün ermənilərin katolikosu II Qaregin və Erməni Apostol Kilsəsinin altı yepiskopu və arxiyepiskopuna qarşı cinayət işini məhkəməyə göndərib.

Zefer.media Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, II Qaregin və Erməni Apostol Kilsəsinin üzvləri dini rütbədən məhrum edilmiş Masiatsotn yeparxiyasının sabiq rəhbəri Arman Saroyanın iddiası üzrə təminat tədbirinin tətbiq edilməsi barədə məhkəmə qərarının icrasına mane olmaqda ittiham edilirlər.

Fevral ayında prokurorluq II Qareginə qarşı cinayət təqibinə başlayıb və onun Ermənistandan çıxışına qadağa qoyub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600