Xarici xəbərlər

Husilər Səudiyyə gəmisinə hücum etdi: ölənlər var

11 Avqust 2026, 14:287
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün səhər saatlarında husilər Bab əl-Məndəb boğazı yaxınlığında Səudiyyə Ərəbistanına məxsus yük gəmisinə hücum edib.

Zefer.media xəbər verir ki, gəmiyə ballistik raketlə hücum edilib. Hücum nəticəsində üç heyət üzvünün öldüyü bildirilir. Ölənlərdən ikisi Pakistan, biri isə İndoneziya vətəndaşıdır.

Yük gəmisinə hücum Yəmənin Taiz əyalətinin qərbindəki kənd əraziləri yaxınlığında, beynəlxalq gəmiçilik marşrutu üzərində baş verib.

Bildirilib ki, husilər ötən gecə limana və Yəmənin Moxa şəhərinə onlarla pilotsuz uçuş aparatı və raket atıb. Raketlərin bir qisminin vurulduğu qeyd olunub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600