Xarici xəbərlər

“Hörmüz gəlirlərinin bir hissəsi Silahlı Qüvvələrə ayrılacaq”

19 Avqust 2026, 13:543
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran parlamentinin üzvü Qasım Rəvanbəxş Hörmüz boğazından əldə olunacaq gəlirlərin bölüşdürülməsi ilə bağlı planın detallarını açıqlayıb.

Zefer.media xəbər verir ki, Rəvanbəxş Hörmüz boğazından əldə edilən gəlirlərin 40 faizinin Silahlı Qüvvələrin və hərbi infrastrukturun gücləndirilməsinə, 60 faizinin isə əhalinin rifahının və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcəyini deyib.

Millət vəkilinin sözlərinə görə, Hörmüz boğazı ilə bağlı hazırlanan plan 12 maddədən ibarətdir və maddələrdən biri boğazdan əldə olunan gəlirlərin necə istifadə ediləcəyini müəyyənləşdirir.

Rəvanbəxş qeyd edib ki, planın təsdiqlənməsi İranın Hörmüz boğazındakı mövcud imkanlardan milli maraqlarına uyğun istifadə etməsinə şərait yarada bilər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600