ABŞ və İran arasında Hörmüz boğazına nəzarətlə bağlı gərginlik fonunda boğazdan keçən gəmilərin sayı aylıq orta göstəricidən aşağı olaraq qalır.
Zefer.media “Reuters”ə istinadən xəbər verir ki, Kepler dəniz izləmə şirkətinin məlumatlarında avqust ayında Hörmüz boğazından gündəlik orta hesabla 12 gəminin keçdiyi, cümə axşamı isə bu rəqəmin 9 olduğu göstərilir.
Həmin gün 5 gəmi Fars körfəzinə daxil olub, 4 gəmi isə əsasən İranın gəmiçilik marşrutlarından istifadə edərək Oman dənizinə çıxıb. Bununla belə, cümə axşamı gəmi keçidlərinin sayı əvvəlki günlə müqayisədə artıb.
Eyni zamanda, Bab əl-Məndəb boğazından 19 aktiv yük gəmisinin keçdiyi bildirilib. Bu göstərici əvvəlki günlə müqayisədə ciddi dəyişməyib.
Zərintac Mayisqızı

















