Dünya

Hörmüz boğazında gəmiyə naməlum mərmi ilə hücum

18 Avqust 2026, 11:581
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün səhər saatlarında Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazında bir gəmi ilə bağlı insident barədə xəbər verib.

Zefer.media xəbər verir ki, şirkətin təhlükəsizlik əməkdaşı gəminin Hörmüz boğazından çıxarkən “naməlum mərmi” ilə vurulduğunu bildirib.

Zərbə nəticəsində gəminin mühərrik otağı zədələnib və bir heyət üzvü yaralanıb.
UKMTO-nun bildirdiyinə görə, gəmidəki digər heyət üzvləri Oman Sahil Mühafizəsi tərəfindən xilas edilib.

Hazırkı məlumata əsasən, insident nəticəsində ətraf mühitə hər hansı zərər dəyməyib. Mərminin kim tərəfindən atıldığı və hücumun hansı məqsədlə həyata keçirildiyi barədə məlumat verilməyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600