Dünya

Hörmüz boğazında gəmilərin keçid rejimi ABŞ-İran danışıqlarından sonra dəyişəcək

23 Mart 2026, 16:472
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“ABŞ və İsrailin İrana hücumundan sonra Hörmüz boğazından gəmilərin keçid rejimi əvvəlki kimi olmayacaq”.

Zefer.media Tasnim agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın İranla aparılan danışıqlar barədə açıqlamasına baxmayaraq söyləyib.

Agentliyin mənbəsi bildirir ki, belə psixoloji müharibə səviyyəsində nə Hörmüz boğazı müharibədən əvvəlki vəziyyətinə qayıdacaq, nə də enerji bazarlarında sakitlik hökm sürəcək.

Əvvəllər Ağ Ev sahibi bəyan etmişdi ki, Vaşinqton və Tehran son iki gün ərzində Yaxın Şərqdə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı «yaxşı və məhsuldar» danışıqlar aparıblar. ABŞ lideri bildirib ki, konsultasiyalar həftə ərzində davam edəcəyi üçün Pentaqona İranın enerji infrastrukturu obyektlərinə zərbələrin verilməsini beş gün təxirə salmaq göstərişi verib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600