ABŞ və İran arasında gərginliyin artması və Hörmüz boğazında blokadanın davam etməsi fonunda bölgədə dəniz nəqliyyatında ciddi sıxlıq yaranıb.
Zefer.media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hörmüz boğazından keçmək istəyən çoxsaylı yük və tanker gəmiləri hazırda boğazın girişində növbə gözləməyə məcbur qalıb. Bu vəziyyət beynəlxalq ticarət və enerji daşımalarında gecikmələrə səbəb olur.
Qeyd edək ki, həmin boğaz dünya enerji bazarı üçün əsas strateji marşrutlardan biri sayılır və burada yaranan hər bir fasilə qlobal neft və qaz daşımalarına birbaşa təsir göstərir.
Zərintac Mayisqızı

















