• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.6° Weather Ashburn
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

“Hörmüz boğazı yenidən açılsa da, qlobal neft və qaz tədarükünün sabitləşməsi aylar çəkə bilər”

18 İyun, 26 / 16:42
A A

G7 Liderlərinin Zirvə Toplantısı 15-17 iyun tarixlərində Fransanın Evian-le-Ben şəhərində keçirilib.

Zirvə toplantısında G7 ölkələrindən əlavə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir, Cənubi Koreya, Keniya, Hindistan və Ukrayna liderləri də iştirak edib.

Qlobal və iqtisadi məsələlər, qanunsuz immiqrasiya ilə mübarizə, ebola epidemiyası, xərçənglə mübarizə və süni intellektin transformasiyası, eləcə də 14 iyun tarixli ABŞ-İran razılaşmasının müzakirə olunduğu sammit, xüsusilə Ukraynaya dəstək olaraq “birlik” mesajını gücləndirdiyinə görə liderlər tərəfindən uğurlu hesab edilib.

Politoloq Elxan Şahinoğlu Zefer.media-ya açıqlamasında deyib ki, “böyük yeddilərin” (G7) Fransada başa çatan toplantısında əsas müzakirə mövzusunun Rusiya-Ukrayna müharibəsinin olması gözlənilirdi:

“Böyük yeddilərin” liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi vacibliyindən danışıblar. Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putinlə dialoq tərəfdarı olan ABŞ Prezidenti Donald Tramp Moskvaya qarşı təzyiqin artırılmasına etiraz etməyib. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenski sammitin nəticələrindən razı qalıb. Ukraynanın hava hücumundan müdafiəsinin daha da gücləndirilməsi barədə razılığın əldə olunmasını sammitin mühüm nəticəsi hesab etmək olar. İndi əsas məsələ bu razılaşmanın qısa müddətdə yerinə yetirilməsini təmin etməkdir”.

Politoloq vurğulayıb ki, “Böyük yeddilərin” toplantısına bu ölkələrlə tərəfdaş olan dövlətlərin liderləri də dəvətli idilər:

“Fransa Prezidenti Emmanuel Makron sammitə Çin lideri Si Cinpini də dəvət etməyi planlaşdırırdı. Ancaq bunun üçün “böyük yeddilərin” ortaq qərar olmalı idi. “Böyük yeddilərin” üzvü olan Yaponiya üçün Çinin sammitdə iştirakı qəbuledilməz idi. Digər tərəfdən Çin lideri Fransadakı müzakirələrə dəvət alsaydı belə, onun sammitə qatılacağını söyləmək çətin idi. Çünki, Çin lideri sammitdə Rusiya əleyhinə müzakirələrdə iştirak etməyəcəkdi. Digər tərəfdən Fransadakı sammitdə nadir torpaq elementlərinin istismar qaydaları müəyyənləşdirilib. Bəllidir ki, dünya üzrə nadir torpaq elementlərinin təxminən 70 faizinə malik olan Çin bunların ixracını xeyli məhdudlaşdırıb. Ona görə də “böyük yeddilər” Çindən asılılığı azaltmaq üçün alternativ mənbələr axtarışındadırlar. “Böyük yeddilər” nadir torpaq elementlərinin istismarı sahəsində əməkdaşlığı genişləndirməyə qərar veriblər”.

Elxan Şahinoğlu əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp fürsətdən istifadə edərək Fransada ikitərəfli görüşlər keçirib:

“Bunlardan biri Fransadakı sammitə dəvət olunan Hindistanın baş naziri Narendra Modi ilə olub. Donald Tramp Prezident seçildikdən sonra Hindistanın siyasətini tənqidi ilə yadda qalmışdı. Ancaq Ağ Ev sahibi bu dəfə baş nazir Narendra Modi ilə danışıqları müsbət qiymətləndirib. Tramp ortaq mətbuat konfransında hətta deyib ki, Hindistana hücum olarsa, Vaşinqton Yeni Dehliyə hərtərəfli dəstək verməyə hazırdır. İki lider Hörmüz boğazı ətrafındakı vəziyyət də müzakirə ediblər. Məsələ burasındadır ki, Hörmüz boğazının atəş altında qalmasıdan əziyyət çəkən ölkələrdən biri də Hindistan olub. Bu boğazda atışmalar nəticəsində Hindistanın dənizçiləri həlak olublar. Digər tərəfdən Hindistan üçün nəzərdə neftlə dolu tankerlər boğazda ilişib qalmışdılar. Ona görə də Vaşinqton-Tehran razılaşması Hindistan üçün əhəmiyyətlidir. Ancaq boğaz tezliklə yenidən açılsa belə, qlobal neft və qaz tədarükünün sabitləşməsi aylar çəkə bilər. Trampın Yeni Dehlinin siyasətini tərifləməsinə baxmayaraq, iki ölkə arasında ticarət sazişinin imzalanmasına ehtiyac var. Tramp razılaşmaya yaxınlaşdıqlarını bildirsə, bu ilin fevral ayından başlayan danışıqlar hələ yekunlaşmayıb”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

İyul 19, 2026
Manşet

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

İyul 17, 2026
İdman

İspaniya Baş naziri ABŞ Prezidenti ilə DÇ-nin finalında görüşəcək

İyul 17, 2026
Dünya

Əraqçı: “İsrail ABŞ-ni tənqid edənləri Amerika pulları ilə susdurmağa çalışır”

İyul 17, 2026
Siyasət

Azərbaycan və Qazaxıstan Ələt limanında birgə terminal tikməyə hazırlaşır

İyul 17, 2026
Manşet

"Hələki bunun İranla Suriya arasında birbaşa qarşıdurma yaradacağını düşünmürəm" - Politoloqdan açıqlama 

İyul 17, 2026

XƏBƏR LENTİ

Şuşa artıq regional deyil, qlobal əhəmiyyətli dialoq məkanıdır – ŞƏRH

19 İyul, 26 / 18:08

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

19 İyul, 26 / 15:38

Milli Məclisin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

18 İyul, 26 / 12:46

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

17 İyul, 26 / 18:16

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

17 İyul, 26 / 18:14

İspaniya Baş naziri ABŞ Prezidenti ilə DÇ-nin finalında görüşəcək

17 İyul, 26 / 18:08

“Evdə tək-2” filminin aktrisası dünyasını dəyişib

17 İyul, 26 / 18:05

Hörmüz boğazında gəmi axını rekord həddə azalıb

17 İyul, 26 / 18:02

SEPAH: “ABŞ-nin qırıcıları və tanker təyyarələri vurulub”

17 İyul, 26 / 17:59

Qəbul imtahanında dörd nəfər 400 bal toplayıb

17 İyul, 26 / 17:36

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.