Xarici xəbərlər

“Hörmüz boğazı atom bombasından daha dəyərlidir”

12 Avqust 2026, 11:392
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi strateji Hörmüz boğazının hazırkı geosiyasi şəraitdə İran üçün atom bombasından daha dəyərli olduğunu bildirib.

Zefer.media xəbər verir ki, Səliminin sözlərinə görə, Hörmüz boğazına nəzarət Tehrana xarici təzyiqlərə effektiv cavab verməyə, habelə, “iqtisadi sanksiyalar və kompensasiya məsələlərini həll etməyə” imkan verir.

Deputat eyni zamanda boğazdan istifadəyə praqmatik yanaşmağın vacibliyini vurğulayıb.

“Hörmüz boğazından sui-istifadə etməməliyik. Onun özünəməxsus xüsusiyyətləri var və biz ondan düzgün yararlanmalıyıq”, – deyə Səlimi bildirib.

O əlavə edib ki, ABŞ-nin yol verdiyi səhv İranın bu strateji marşrutdan daha effektiv istifadə etməsi üçün imkan yaradıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600