• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.1° Weather Columbus
$
1.7
€
1.9825
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

"Hələki bunun İranla Suriya arasında birbaşa qarşıdurma yaradacağını düşünmürəm" - Politoloqdan açıqlama 

17 İyul, 26 / 15:13
A A

İran Suriyadakı Ət-Tanf hərbi bazasında yerləşən ABŞ xüsusi əməliyyatlar komandanlıq mərkəzinə hücum edib, bu barədə SEPAH məlumat yayıb.

“Hücum İranşəhrdə İran əsgərlərinin öldürülməsinə qarşı cavab addımıdır. İran Hörmüz boğazına tam nəzarəti saxlayır və ABŞ-ın yenilənmiş hücumları davam etdiyi müddətcə su yolu ilə heç bir neft və ya qaz ixrac olunmayacaq”, – məlumatda bildirilib.

İran müharibə başlayandan bəri ilk dəfə olaraq Suriyaya zərbələr endirib və bu xüsusi diqqət çəkir.

Politoloq Əli Mustafa Zefer.media-ya açıqlaması zamanı bildirib ki, həmin hücumun əsas hədəfi Suriya dövləti deyil, Suriyadakı Amerika hərbi varlığıdır:

“İranın Suriyanın Ət-Tanf hərbi bazasına endirdiyi zərbə birbaşa Suriya dövlətinə deyil, bu ölkədə yerləşən ABŞ hərbi qüvvələrinə qarşı yönəlib. Hədəf məhz Amerikanın bazalarıdır. İran tərəfi bu addımı öldürülən hərbçilərinə cavab olaraq atdığını bildirir və hücum nəticəsində bazadakı helikopterlərin, eləcə də bəzi radar sistemlərinin məhv edildiyini iddia edir. Hadisə Suriya ərazisində baş versə də, mahiyyət etibarilə ABŞ-İran qarşıdurmasının tərkib hissəsidir. İndiyədək Suriyadakı Amerika bazalarına belə bir hücumun baş verməməsi bu hadisəni yeni mərhələ kimi qiymətləndirməyə əsas verir. Eyni zamanda, bunun Hizbullaha göndərilən silahların Suriya tərəfindən ələ keçirilməsi ilə bağlı atılmış addım olması ehtimalı da istisna edilmir. Bununla belə, əsas hədəfin ABŞ hərbi bazaları olduğu görünür”.

Həmçinin politoloq onu da vurğulayıb ki, ABŞ-İran qarşıdurması davam edir və bu proses ABŞ-nin planlarını ciddi şəkildə dəyişməyəcək:

“ABŞ və İran arasında gərginlik özünəməxsus məntiqlə davam edir. Bu qarşıdurmanın həm açıq görünən, həm də pərdəarxası məqamları var. ABŞ İran ərazisində müəyyən etdiyi hərbi obyektlərə zərbələr endirir, hazırda isə dağların altında yerləşən raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı bazaların giriş-çıxışlarını da hədəfə almağı planlaşdırır. Hesab edirəm ki, İranın Suriyadakı ABŞ bazasına hücumu ABŞ-ın planlarında ciddi dəyişiklik yaratmayacaq və ABŞ İrana qarşı əməliyyatlarını davam etdirəcək. Bununla yanaşı, tərəflərin məqsədinin sülhə nail olmaq, razılıq əldə etmək, yoxsa qarşı tərəfi tam şəkildə geri çəkilməyə məcbur etmək olduğu hələ də açıq sual olaraq qalır. Hazırda aydın görünən əsas məqam isə qarşıdurmanın davam etməsi və münaqişə coğrafiyasının Suriyanı da əhatə edəcək şəkildə genişlənməsidir. Bununla belə, hələki bu prosesin İranla Suriya arasında birbaşa qarşıdurmaya səbəb olacağını düşünmürəm”.

Qəmər Kazımzadə

Bənzər Xəbərlər

Dünya

ABŞ İrana sanksiyaları qaldırmağı təklif edib?

Avqust 25, 2026
Siyasət

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan nümayəndə heyəti ilə görüşüb

Avqust 25, 2026
Former President Donald Trump waits for the start of proceedings in Manhattan criminal court, Tuesday, April 23, 2024, in New York. (AP Photo/Yuki Iwamura, Pool)
Xarici xəbərlər

Tramp: “İranda humanitar böhrana son verilməlidir”

Avqust 25, 2026
Dünya

Zelenski “Azov”un qurucusuna “Ukrayna Qəhrəmanı” adı verdi

Avqust 25, 2026
Dünya

“ABŞ İran iqtisadiyyatını boğmaq üçün Çinin əməkdaşlığına güvənir”

Avqust 25, 2026
Cəmiyyət

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi uğurla yekunlaşıb – FOTOLAR

Avqust 25, 2026

XƏBƏR LENTİ

İngilis dili kursunun açılış mərasimi keçirilib

25 Avqust, 26 / 18:23

Ramil Əliyev: “Aviabiletlərin əlçatan olması turist axınının artırılması üçün vacibdir”

25 Avqust, 26 / 18:13

Azərbaycanda 18 yaşadək ana olanların sayı açıqlanıb

25 Avqust, 26 / 18:11

ABŞ İrana sanksiyaları qaldırmağı təklif edib?

25 Avqust, 26 / 18:07

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan nümayəndə heyəti ilə görüşüb

25 Avqust, 26 / 18:05

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yeni rəqəmsal QR Bələdçi platforması istifadəyə verilib

25 Avqust, 26 / 18:02

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust, 26 / 17:57

Rusiya Pravoslav Kilsəsində hakimiyyəti tənqid etməməyə çağırış edilib

25 Avqust, 26 / 17:53

“Forrest Gump” işi: Mudranın müdafiəsi Mıkıtaşın üzərində qurulub

25 Avqust, 26 / 17:51

Lvova-Belovanı Putinə qarşı ifadə verməsi üçün qaçırmağa cəhd edildiyi iddia olunur

25 Avqust, 26 / 17:48

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.