• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.1° Weather Ashburn
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Gürcüstandakı etirazların pərdəarxası: Müxalifəti daxildən zəiflədən nədir?

03 İyul, 26 / 16:41
A A

Gürcüstanda müxalifət düşərgəsində yaşanan fikir ayrılıqları və siyasi parçalanma yenidən diqqət mərkəzinə gəlib. Uzun illərdir hakimiyyətdə olan Bidzina İvanişvilinin siyasi komandası qarşısında müxalifətin vahid mövqe nümayiş etdirə bilməməsi ölkənin siyasi gündəminin əsas müzakirə mövzularından biridir. 

Gürcüstanda müxalifət daxilində müşahidə olunan fikir ayrılıqlarının səbəblərini və bunun ölkənin siyasi proseslərinə təsirlərini dəyərləndirən siyasi şərhçi Əli Mustafa Zefer.media-ya açıqlamasında bildirib ki, Gürcüstanda uzun illərdir davam edən siyasi mənzərə, hakimiyyət dəyişikliyinin baş verməməsi və müxalifətin vahid mövqedən çıxış edə bilməməsi ölkədəki mövcud vəziyyətin əsas səbəblərindəndir:

“Gürcüstanda uzun müddətdir ki, Bidzina İvanişvilinin rəhbərlik etdiyi siyasi xətt hakim mövqedədir və istər parlament, istərsə də bələdiyyə seçkilərində, bir qayda olaraq, qalib gəlir. Müxalifətin iddiasına görə, həmin seçkilərdə saxtakarlıq halları baş verir. Avropalı müşahidəçilərin bir qismi də bu mövqeyi bölüşür. Rusiya müşahidəçiləri isə seçkilərin normal və qanunauyğun keçirildiyini bildirirlər. Bütün hallarda İvanişvili və onun komandası hakimiyyəti əlində saxlamağı bacarır.

Zaman-zaman ölkədə etiraz aksiyaları keçirilir, xalq və müxalifət küçələrə çıxır. Lakin bu aksiyalar hakimiyyət dəyişikliyinə səbəb olmur. Hətta bəzi iddialara görə, etirazların qarşısını Gürcüstan polisi formasında fəaliyyət göstərən Rosqvardiya əməkdaşları alır, aksiyaları dağıdır, etirazçıları saxlayır və onlara qarşı zorakılıq tətbiq edirlər. Bu iddialara əsasən, həmin müdaxilələr hakimiyyət dəyişikliyinə imkan vermir.

Ona görə də görünən odur ki, müxalifət hakimiyyətə gələ, siyasi hakimiyyəti dəyişə bilmir. Onlar siyasi proseslərdə iştirak edir, parlamentdə təmsil olunurlar, lakin iqtidara çevrilə bilmirlər. Təbii ki, bu vəziyyət müəyyən psixoloji gərginlik yaradır. Uğursuzluqlar zaman keçdikcə narazılıqlara, qarşılıqlı ittihamlara və müxtəlif fikir ayrılıqlarına səbəb olur. Ola bilsin ki, bunun səbəbləri sırasında hakimiyyətin mövqeyi, qəbul edilən qanunlar və ya başqa amillər də yer alır. Yəni hakimiyyətin normal şəkildə dəyişməməsi və yenilənməməsi müxalifət daxilində təbii olaraq gərginlik və narazılıq yaradır.

Digər tərəfdən, hazırda Gürcüstanda cəmiyyəti və müxalifəti öz ətrafında birləşdirə biləcək parlaq siyasi lider görünmür. Vaxtilə bu rolu Saakaşvili oynayırdı. Lakin hazırda o, həbsdədir və siyasi proseslərə ciddi təsir göstərmək imkanına malik deyil. Müxalifət liderlərini vahid mövqedə birləşdirəcək siyasi fiqurun olmaması da onların eyni platformadan çıxış etməsinə mane olur və müəyyən narazılıqlar yaradır.

Politoloqun fikrincə, uğursuzluqlar və son dövrlərdə baş verən siyasi proseslər müxalifətin vəziyyətinə birbaşa təsir göstərir:

” Ümumiyyətlə, uğursuzluq adətən narazılıq doğurur. Məşhur bir ifadə də var: “Qələbənin sahibi olur, məğlubiyyət isə həmişə yetim qalır.” Hesab edirəm ki, son dövrlərdə Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərdə yaranan gərginlik, “xarici agentlər haqqında” qanunun qəbulu, xaricdən gələn maliyyə yardımlarının və dəstəyin azalması kimi amillər də mövcud vəziyyətə psixoloji, siyasi və hüquqi təsir göstərir. Bütün bunlar, xüsusilə də nəticənin əldə olunmaması fonunda, müxalifət üçün əlavə çətinliklər yaradır.

Lakin mən hesab edirəm ki, əsas məsələ bu deyil. Müxalifət müəyyən dövrlərdə bir araya gəlməyi və toparlanmağı bacarsa da, bu, mövcud vəziyyəti dəyişməyə kifayət etmir. Siyasi proseslərə nəzarət hələ də İvanişvilinin əlindədir. Müxalifət isə hesab edir ki, əslində bu nəzarətin arxasında Rusiya dayanır. Görünən odur ki, Gürcüstan cəmiyyəti hələlik bu siyasi vəziyyəti dəyişmək gücündə deyil. Bu səbəbdən də məsuliyyət daha çox müxalifətin və onun liderlərinin üzərinə qoyulur. Ola bilsin ki, onların da bu vəziyyətin yaranmasında müəyyən məsuliyyəti və ya səhvləri var”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Gündəm

Şuşa artıq regional deyil, qlobal əhəmiyyətli dialoq məkanıdır – ŞƏRH

İyul 19, 2026
Cəmiyyət

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

İyul 19, 2026
Manşet

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

İyul 17, 2026
İdman

İspaniya Baş naziri ABŞ Prezidenti ilə DÇ-nin finalında görüşəcək

İyul 17, 2026
Dünya

Əraqçı: “İsrail ABŞ-ni tənqid edənləri Amerika pulları ilə susdurmağa çalışır”

İyul 17, 2026
Siyasət

Azərbaycan və Qazaxıstan Ələt limanında birgə terminal tikməyə hazırlaşır

İyul 17, 2026

XƏBƏR LENTİ

Şuşa artıq regional deyil, qlobal əhəmiyyətli dialoq məkanıdır – ŞƏRH

19 İyul, 26 / 18:08

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

19 İyul, 26 / 15:38

Milli Məclisin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

18 İyul, 26 / 12:46

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

17 İyul, 26 / 18:16

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

17 İyul, 26 / 18:14

İspaniya Baş naziri ABŞ Prezidenti ilə DÇ-nin finalında görüşəcək

17 İyul, 26 / 18:08

“Evdə tək-2” filminin aktrisası dünyasını dəyişib

17 İyul, 26 / 18:05

Hörmüz boğazında gəmi axını rekord həddə azalıb

17 İyul, 26 / 18:02

SEPAH: “ABŞ-nin qırıcıları və tanker təyyarələri vurulub”

17 İyul, 26 / 17:59

Qəbul imtahanında dörd nəfər 400 bal toplayıb

17 İyul, 26 / 17:36

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.