Dünya

Gürcüstanda vitse-prezident postu və yeni dövlət naziri vəzifələri təsis olunub

21 Aprel 2026, 21:075
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Gürcüstanın hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi hökumət strukturuna əlavə olunacaq.

Zefer.media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə deyib.

Hökumət başçısının sözlərinə görə, sözügedən vəzifəni Mamuka Mdinaradze tutacaq və ona Gürcüstanın Baş nazirinin müavini vəzifəsi də həvalə olunacaq. M.Mdinaradze vitse-prezident vəzifəsini də icra edəcək.

Bundan başqa, xarici işlər naziri Maka Boçorişviliyə Gürcüstanın Baş nazirinin müavini vəzifəsi də həvalə olunub.

Bununla da, Baş nazirin hökumətin tərkibində üç müavini olacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600