• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22° Weather Columbus
$
1.7
€
1.9564
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Günvurma və istivurma zamanı nələrə diqqət edilməlidir? - Mütəxəssis xəbərdarlığı

15 İyul, 26 / 17:07
A A

Yay aylarında günəş və isti havalardan zövq almağa çalışsaq da, bəzən orqanizmimizin daxili tarazlığı yüksək temperatur qarşısında aciz qala bilir. Günvurma və istivurma sadəcə bədənin sadə bir qızması deyil; daxili sistemlərin işini poza bilən, həm gündəlik həyatımızda, həm də istehsalat sahələrində qarşılaşdığımız ciddi bir biokimyəvi böhrandır. Bəs əslində günvurma və ya istivurma zamanı bədənimizdə hansı bioloji fəsadlar baş verir ?

Məsələ ilə bağlı Zefer.media saytına açıqlama verən tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Adil Qeybulla prosesin görünməyən tibbi tərəfləri və həyati təhlükəsizlik qaydaları haqqında danışıb :

” Günvurma bir tərəfdən yüksək temperaturun, digər tərəfdən isə ultrabənövşəyi şüaların təsiri nəticəsində baş verir. Ümumilikdə, həm günvurma, həm də istivurma zamanı orqanizmin termorequlyasiyası, yəni istilik tənzimi pozulur”.

​Həkim daxili sistemlərimizdə baş verən bioloji proseslərə və daxili təhlükələrə diqqət çəkərək qeyd edib:

“İsti havaya çıxdıqda damarlar dəri səthinə doğru genişlənir. Nəfəsalma zamanı istiliyin bir hissəsi orqanizmdən xaric edilir. Həmçinin tərləmə vasitəsilə bədən temperaturu tənzimlənir və bu proses müəyyən müddət ərzində davam edə bilir. Lakin insan uzun müddət günəş şüaları altında və ya ümumiyyətlə, yüksək temperaturlu mühitdə qaldıqda istivurma baş verə bilər. Çünki orqanizmin bu kompensator reaksiyaları yalnız müəyyən müddətə qədər effektiv olur. Bundan sonra bədənin daxili temperaturu yüksəlir, orqanizmdə zülalların denaturasiyası, yəni laxtalanması baş verir, qan isə qatılaşır.

Təəssüf ki, bəzi insanlar bunun fərqində olmurlar. Günvurmanın ilkin əlamətləri başgicəllənmə ilə özünü göstərir. Daha sonra soyuq tər basma, huşun itməsi, qıcolmalar və digər əlamətlər yarana bilər”.

Həkim ilk yardım zamanı tez-tez edilən səhvlərə toxunaraq xüsusilə vacib bir məqamı vurğulayıb :

” Əgər şəxsi soyuq tər basırsa, huşu bulanıqlaşırsa, o, mütləq günəş şüaları altında olan yerdən çıxarılaraq sərin bir məkana aparılmalıdır. Alnına yaş dəsmal qoyulmalı, bədəni isə yaş dəsmalla silinməlidir. Bundan sonra mütləq həkimə müraciət olunmalıdır. Belə hallarda xəstəyə buz kimi soyuq su vermək olmaz. Ona otaq temperaturunda və ya sərin su verilməsi tövsiyə edilir.

Günvurma və istivurmanın qarşısını almaq üçün çimərliklərdə və digər açıq məkanlarda kölgədə qalmağa üstünlük verilməlidir. Uzun müddət birbaşa günəş şüaları altında qalmaq məqsədəuyğun deyil. Xüsusilə baş örtüyündən istifadə edilməsi tövsiyə olunur. Həmçinin günəş şüaları altında uzun müddət piyada hərəkət etmək də məsləhət görülmür.

Əvvəllər insanlar daha çox fiziki əməklə məşğul olur, günəş şüaları altında işləyirdilər və buna müəyyən dərəcədə adaptasiya olunurdular. Lakin hazırda insanların həyat tərzi fərqlidir.

Bundan əlavə, saat 12:00-dan 16:00-dək, yəni günəş şüalarının ən intensiv olduğu vaxtlarda çimərliyə getmək məqsədəuyğun hesab edilmir. Bütün bu məqamlara diqqət yetirmək vacibdir”.

​Sonda A. Qeybulla istivurmanın mövsümi yox, birbaşa şəraitlə bağlı bir təhlükə olduğunu və qorunmaq üçün təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb :

” Qeyd edilməlidir ki, istivurma yalnız günəş şüalarının təsiri nəticəsində deyil, yüksək temperaturlu istehsalat sahələrində, məsələn, polad və metal əritmə sexlərində də baş verə bilər. Belə müəssisələrdə çalışan şəxslər üçün xüsusi iş qaydaları və təhlükəsizlik təlimatları mövcuddur. Eyni zamanda, günəş altında çalışan inşaat işçiləri və digər peşə sahibləri üçün də müvafiq təhlükəsizlik qaydaları müəyyən edilib və həmin təlimatlara mütləq əməl olunmalıdır”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Mədəniyyət

Xalq şairi, dramaturq Nəriman Həsənzadə vəfat edib

Avqust 1, 2026
Cəmiyyət

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqust 1, 2026
Siyasət

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

İyul 31, 2026
Manşet

Baş nazir sərəncam imzaladı

İyul 31, 2026
Manşet

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

İyul 31, 2026
Cəmiyyət

Sabah hava necə olacaq?

İyul 31, 2026

XƏBƏR LENTİ

Xalq şairi, dramaturq Nəriman Həsənzadə vəfat edib

01 Avqust, 26 / 11:38

Azərbaycan Dili və Əlifbası Günüdür

01 Avqust, 26 / 11:34

“Müharibə veteranlarının özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması təqdirəlayiqdir”

01 Avqust, 26 / 11:14

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

31 İyul, 26 / 18:53

150 balla qəbul mümkün olan ixtisaslar – Rəsmi

31 İyul, 26 / 16:41

Baş nazir sərəncam imzaladı

31 İyul, 26 / 16:38

Mərakeşdən İspaniyaya miqrant axını davam edir

31 İyul, 26 / 16:35

ABŞ və İsrail İrana qarşı mümkün quru blokadasını müzakirə edir

31 İyul, 26 / 16:26

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

31 İyul, 26 / 16:07

Yeni müttəfiqlik mərhələsi: Azərbaycan və Qırğızıstanı hansı imkanlar gözləyir? – ŞƏRH

31 İyul, 26 / 15:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.