• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.5° Weather Columbus
$
1.7
€
1.9385
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir? – İcra başçısı Arzu Məmmədovu buna görə himayə edir

25 Aprel, 26 / 14:47
A A

Goranboyda bir qrup Vətən müharibəsi qazisi rayondakı məmurların onların problemlərinə ciddi yanaşmadığından narazıdır. Bundan əvvəlki yazımızda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin üzvü, 44 günlük Vətən müharibəsi qazisi və ikinci qrup əlil Valeh Hüseynovun məmur özbaşnalığının qurbanı olduğunu qeyd etmişdik. Yazımızdan sonra Valeh Hüseynovla əlaqə saxlanaraq, onunla görüş üçün imkan yaradılacağı bildirilib.

Zefer.media Korrekt.az – a istinadən xəbər verie ki, ancaq bu, Goranboyda qazilərin ilk şikayəti deyil. Rayonda yaşayan qazilərin bir qrupu yenidən redaksiyamızla əlaqə saxlayaraq, problemlərinin hələ də həll olunmadığını və yerli məmurların onların durumuna laqeyd yanaşdığını bildirib. Bu şikayətlərin ətraflı təhlilini növbəti yazımızda təqdim edəcəyik.

Xatırladaq ki, əvvəlki yazımızda Baxçakürd kəndində yaşayan Valeh Hüseynovun problemlərini işıqlandırmışdıq. Qazimiz, ölkə başçısı İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya ünvanladığı məktublara cavab alıb. Prezident və vitse-prezidentin qazilərə göstərdiyi dəstək, təəssüf ki, Goranboyda hiss edilmir. Çünki rayonun icra başçısı Məhərrəm Quliyev və onun komandası bu problemlərə laqeyd yanaşır. Qazimiz 2022-ci ildə öz problemini çatdırsa da bu günə qədər yerli məmurlar bu problemi həll etmir.

Qazimiz Valeh Hüseynov artıq 6 ildir ki, müxtəlif problemlərlə üzləşir. Amma maraqlıdır ki, hər dəfə bu problemin həll olunacağına söz verən məmurlar sonda elə qazimizin problem yaşadığı, kənddə heç bir səlahiyyətə malik olmayan Arzu Məmmədova tapşırılır. Qeyd edək ki, Arzu Məmmədov kəndin əvvəlki bələdiyyə sədri olub və hazırkı bələdiyyə sədrinin atasıdır. Beləliklə, kənd Məhərrəm Quliyevin yaxın dairəsində olan şəxslərin təsiri altında idarə olunur.

Qazilərin və şəhid ailələrinin problemlərini həll etməyən bələdiyyə sədrini və onun atasını icra başçısı Məhərrəm Quliyev niyə himayə edir? Bələdiyyə torpaqlarını faktiki olaraq icarəyə götürən Arzu Məmmədov kimlərə güvənir? Kəndin bütün torpağını icarəyəyə götürən Arzu Məmmədov örüş sahələrində kimin himayəsi ilə taxıl və yonca əkdirir?

Bir sözlə suallar çoxdur. Elə əlaqə saxladığımız Baxçakürd bələdiyyəsinin sədri, Mətin Papırlı açıqlamasında bütün torpaqların atası Arzu Məmmədovun icarəsində olduğunu etiraf etmişdi. Bu gün məlum olur ki, bu torpaqların qazilərə verilməməsi özəl səbəbi var.

Belə ki, iddia edilir ki, 11 hektarlıq ərazidə Arzu Məmmədov ferma inşa etdirmək istəyir. Ümümilikdə kəndin otlaq sahələri ilə birlikdə 50 hektardan artıq torpağı ələ keçirən Arzu Məmmədov bir kənddə insanların kənd təsərrüfatı ilə məşğul olmasına imkan vermir.

Kənddə örüş sahəsi olan Daşlıq adlanan ərazidə Arzu Məmmədov icra başçısının himayəsi ilə 5 hektarda arpa əkdirib. Qanunla burada torpağın təyinatı dəyişdirilib. Çünki bu ərazi ümumi istifadədə olan örüş sahəsidir. Bu torpağın təyinatını dəyişdirmək isə qanunla qadağandır. Bir sözlə Arzu Məmmədov və onu himayə edənlər qanunları tapdalayırlar. Davamı olacaq…

Bənzər Xəbərlər

Gündəm

GoTürkiye layihələri US International Awards 2026-da beynəlxalq uğur qazandı

İyul 27, 2026
Gündəm

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

İyul 24, 2026
Gündəm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

İyul 24, 2026
Dünya

İraq ABŞ-nin İrana atəşkəs mesajı göndərdiyi iddialarını təkzib edib

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026
Gündəm

ABŞ və onun müttəfiqlərinin İrana qarşı hətta quru qoşunları yeridə bilər - AÇIQLAMA 

İyul 24, 2026

XƏBƏR LENTİ

Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi

27 İyul, 26 / 14:10

Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam

27 İyul, 26 / 14:02

İlham Əliyev 3 fərman imzaladı

27 İyul, 26 / 14:01

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı – Yeni təyinat

27 İyul, 26 / 13:52

Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub

27 İyul, 26 / 13:50

Türkiyədə hakim partiyanın üzvü, oğlu və qardaşı oğlu güllələnib

27 İyul, 26 / 13:47

“Kiyev ölkəni geosiyasi mübarizənin alətinə çevirib”

27 İyul, 26 / 13:32

İran Hörmüzdə 10-a yaxın gəminin qarşısını alıb

27 İyul, 26 / 13:29

Rusiya fövqəladə vəziyyət elan etdi

27 İyul, 26 / 13:27

GoTürkiye layihələri US International Awards 2026-da beynəlxalq uğur qazandı

27 İyul, 26 / 12:30

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.