İran ABŞ hərbi personalının yerini müəyyən etmək məqsədilə mobil şəbəkələrdən istifadə etməyə cəhd göstərib.
Zefer.media bu barədə “Financial Times” qəzetinə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, Yaxın Şərqdə fəaliyyət göstərən mobil operatorlar uzun müddət ərzində İrandan həyata keçirilən intensiv kiberhücumlarla üzləşib. Xüsusilə İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyata hazırlaşdığı dövrdə, eləcə də əməliyyat başladıqdan sonra yerli mobil operatorlar ABŞ hərbi personalının yerləşdiyi məkanın müəyyən edilməsinə yönəlmiş çoxsaylı sorğuları bloklayıblar.
Mənbələrin bildirdiyinə görə, Körfəz ölkələrinin rəsmiləri İran və ya onun müttəfiqlərinin yerli telekommunikasiya operatorları ilə bağlanmış rouminq sazişlərindən istifadə edərək ABŞ hərbçilərinin geolokasiyasını izləməyə çalışdığından şübhələnirlər. Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Aytən Yalçınqızı

















