Banner

“Fitch”dən neft proqnozu: “Brent”in qiyməti 2027-ci ildə 65 dollara düşə bilər

26 Noyabr 2026, 15:151
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Beynəlxalq reytinq agentliyi “Fitch” “Brent” markalı xam neftin orta qiymətinin 2027-ci ildə bir barel üçün 65 dollara qədər azalacağını proqnozlaşdırır.

Zefer.media xəbər verir ki, bu barədə agentliyin “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) reytinqini təsdiqləməsindən sonra dərc etdiyi hesabatda bildirilib.

Hesabata əsasən, “Brent” markalı neftin orta qiymətinin 2026-cı ildə 87 dollar, 2027-ci ildə 65 dollar, 2028–2029-cu illərdə isə 60 dollar olacağı gözlənilir.

Agentlik Avropanın TTF qaz bazarında da qiymətlərin növbəti illərdə azalacağını proqnozlaşdırır. Belə ki, qazın 1000 kubfutunun qiymətinin 2026-cı ildə 18 dollar, 2027-ci ildə 9 dollar, 2028–2029-cu illərdə isə 7 dollar səviyyəsində olacağı ehtimal edilir.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 65 dollar götürülüb.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabr ayında açıqladığı proqnozlara görə, neftin orta illik qiyməti 2026-cı ildə 92,8 dollar, 2027-ci ildə isə 82,8 dollar səviyyəsində nəzərdə tutulub.

AMB-nin iyul ayında açıqladığı təbii qaz qiymətləri ilə bağlı proqnozunda isə 1000 kubmetr qazın qiymətinin 2026-cı ildə 327 dollar, 2027-ci ildə 294 dollar olacağı bildirilmişdi.

Xatırladaq ki, 1000 kubfut təbii qaz 28,31 kubmetrə bərabərdir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600