Dünya

Finlandiya prezidenti Rusiya ilə əlaqələrin bərpası barədə danışıb

28 Aprel 2026, 18:271
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya ilə əlaqələr qaçılmaz olaraq bərpa olunacaq və Avropa mümkün dialoqun vaxtı və formatı ilə bağlı fəal müzakirələr aparır.

Zefer.media xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb ERR-ə müsahibəsində qeyd edib.

“Mən Prezident Karislə (Estoniya Prezidenti Alar Karis) tamamilə razıyam ki, Rusiya ilə kommunikasiya kanallarını açmalı olduğumuz vaxt gələcək”, – deyə o bildirib.

Siyasətçi vurğulayıb ki, hazırda Rusiya ilə dialoqun Ukrayna ilə arasındakı münaqişə bitməzdən əvvəl və ya sonra bərpa olunacağı bəlli deyil. O, Rusiyanın Finlandiya və Estoniyanın qonşusu olaraq qaldığını ifadə edib və NATO-nun kollektiv müdafiə ilə əlaqədar nizamnaməsinin 5-ci maddəsini tətbiq etməli olacağına şübhə ilə yanaşıb.

Xatırladaq ki, bundan öncə Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer NATO-nun transatlantik ittifaq kimi gələcəyini sual altına almışdı.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600