Bu gün İranın Qeşm adasının sahillərində neft çirklənməsi qeydə alınıb. Son günlər Fars körfəzi sularında müşahidə olunan neft ləkələrinin sahilə çatdığı və adanın bəzi ərazilərini çirkləndirdiyi bildirilir.
Zefer.media xəbər verir ki, çirklənmənin dəqiq mənbəyi hələ rəsmi olaraq müəyyən edilməyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi ilkin məlumatların neft sızmasının mümkün mənbəyi kimi xarici yük gəmisinə işarə etdiyini bildirib.
Neft ləkələrinin bir hissəsinin Qeşm adasının meşələrinə qədər çatdığı qeyd olunur. Hörmüzqan əyalətindəki rəsmi qurumlar çirklənmənin miqyasının müəyyənləşdirilməsi ilə bağlı araşdırmaya başlayıb.
Bununla yanaşı, Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Embry Fars körfəzindəki neft çirklənməsinin Oman sahillərində zədələnən Rusiya tankeri “Caroline Bezhenki” ilə əlaqəli ola biləcəyini açıqlayıb.
Zərintac Mayisqızı

















