• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7.9° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Evlər niyə çökür? - Əmlak eksperti açıqladı 

07 Aprel, 26 / 16:46
A A

Paytaxt Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsindəki fərdi yaşayış evində çökmə olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının  müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyənləşdirilib. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Baş verən həmin hadisələr beynimizdə belə suallar yaradır: “Evlər niyə çökür”, “Mənzillərin tikintisində təhlükəsizlik amilləri nəzərə alınmır?” və s.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Zefer.media-ya açıqlamasında deyib ki, son günlər yağan güclü yağışlar səbəbindən Bakı və Abşeron ərazisində yüzlərlə fərdi yaşayış evləri, habelə digər növ daşınmaz əmlaklar su basmaya məruz qalıblar:

“Başqa bir tərəfdən paytaxtımızın relyefinə nəzər salsaq şəhərin əksər yerlərində yeraltı qrunt sularının axması, zamanla yeraltı təbii proseslərin baş verməsi səbəbindən qrunt sularında istiqamətlərin dəyişməsi ilə həmin yön üzərində inşa olunan ağır tonajlı mənzillərdə müəyyən deformasiya, çatlar və bəzən belə çökmələr əmələ gəlir”.

Əmlak eksperti əlavə edib ki, intensiv yağışlar artıq bir çox ərazilərdəki mənzillərin təmir keyfiyyəti ilə bərabər tikintinin keyfiyyətinə də ciddi şəkildə mənfi təsir göstərib:

“Yağıntıların uzunmüddətliliyi artıq torpaqlarda çökmələr nəticəsində onların üzərində inşa olunmuş evlərdə çatların yaranmasına gətirib çıxarıb.

İstər fərdi yaşayış evləri, istərsə də digər növ tikinti işləri aparılarkən qeyd olunan tikililərin bünövrəsi həcmlərinə uyğun formada qazılmaqla yanaşı torpağın sərtlik, yumşaqlığı və s. ciddiyyətlə nəzərə alınmalıdır”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Gündəm

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

Oktyabr 28, 2026
Gündəm

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

Oktyabr 28, 2026
Gündəm

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

Oktyabr 28, 2026
Cəmiyyət

Azərbaycanda yeni suvarma kanalı tikiləcək

Oktyabr 28, 2026
Cəmiyyət

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Oktyabr 28, 2026
Cəmiyyət

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Oktyabr 28, 2026

XƏBƏR LENTİ

Gələcək turizmdə texnologiya, insan kapitalı, xidmət və əməkdaşlıq əsas meyarlardır - Ceyhun Aşurov

28 Oktyabr, 26 / 16:11

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

28 Oktyabr, 26 / 16:07

İspaniyada iki qatarın toqquşması nəticəsində azı 46 nəfər ölüb

28 Oktyabr, 26 / 15:41

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

28 Oktyabr, 26 / 15:40

Meloni Ukraynaya yeni hərbi yardım paketinin göndərilməsini ABŞ-dəki seçkilərədək təxirə salıb

28 Oktyabr, 26 / 15:32

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

28 Oktyabr, 26 / 15:31

Azərbaycanda yeni suvarma kanalı tikiləcək

28 Oktyabr, 26 / 15:22

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

28 Oktyabr, 26 / 15:19

Bernie Sanders İlon Maskın sərvətinin artmasına və siyasi xərclərinə diqqət çəkib

28 Oktyabr, 26 / 15:13

Putin Finlandiya və Norveç liderlərinə 90 dəqiqə tarixdən danışıb

28 Oktyabr, 26 / 15:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.