NATO alyans üzvü olan ölkələrdən birinə hücum ediləcəyi təqdirdə Rusiyanın Baltik dənizinə çıxışını bir neçə saat ərzində bağlaya bilər. Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Tsaxknanın sözlərinə görə, belə bir addım Rusiya üçün “ekzistensial” böhran yaradacaq.
Nazir qeyd edib ki, Rusiyanın dəniz yolu ilə həyata keçirdiyi neft ixracının təxminən 60 faizi Baltik dənizindən keçir. Həmçinin Rusiya hərbi gəmilərinin Kalininqrada gedən marşrutları da bu dənizdən keçir.
Pərvin Hacıyeva

















