• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
9.3° Weather Columbus
$
1.7
€
1.9951
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Ermənistanın Fransa ilə belə bir sənəd imzalaması birbaşa Rusiyaya ünvanlanmış siqnaldır - Politoloqdan açıqlama 

06 May, 26 / 8:46
A A

Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb, bu barədə məlumatı xarici media yayıb. Sənəd İrəvanda səfərdə olan  Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.

Mövzu ilə bağlı Zefer.media-ya şərh verən “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Ermənistan hazırda Avropa ölkələri və Avropa Birliyi ilə ən sıx inteqrasiya yolunu tutub və həmin istiqamətdə mümkün olan bütün addımları atmağa hazırdır:

“Çünki Avropa ilə inteqrasiya Ermənistan üçün Rusiya qarşısında müəyyən risklər yaratsa da, eyni zamanda Rusiyanın təsirindən daha etibarlı şəkildə uzaqlaşmağın əsas yollarından biridir. Fransa isə həmişə Avropada Ermənistanın ən yaxın müttəfiqlərindən biri olub. Azərbaycana qarşı 30 illik təcavüzkar müharibə dövründə Avropada Fransadan daha çox dəstək verən ikinci bir ölkə demək olar ki, olmayıb və həmin illərdə Ermənistanı Fransa prezidenti Emmanuel Makron qədər açıq şəkildə dəstəkləyən başqa bir Avropa lideri də görünmürdü. Strateji tərəfdaşlıq haqqında imzalanan saziş Ermənistanın Fransa ilə daha da yaxınlaşmaq istəyinin ifadəsidir. Belə sazişlər ümumilikdə qeyri-adi sayılmasa da, hazırkı şəraitdə – Avropa ilə Rusiya arasında ziddiyyətlərin dərinləşdiyi bir dövrdə – Ermənistanın Fransa ilə belə bir sənəd imzalaması həm siyasi, həm də geosiyasi mesaj xarakteri daşıyır və bu, birbaşa Rusiyaya ünvanlanmış siqnaldır. Elə bu günlərdə Emmanuel Makron Yerevanda çıxış edərkən qeyd etmişdi ki, əvvəllər bir çoxları Ermənistanın gələcəyini Rusiya himayəsində görürdü, lakin Qarabağ müharibəsindən sonrakı vəziyyət göstərdi ki, Ermənistan sürətlə Rusiyadan uzaqlaşır və onun gələcək perspektivləri daha çox Avropa ilə bağlıdır”.

Həmçinin müsahibimiz qeyd edib:

“Fransanın Ermənistanla yaxınlaşması bir tərəfdən keçmiş müttəfiqini daha güclü şəkildə himayə etmək siyasəti, digər tərəfdən isə Fransanın açıq şəkildə rəqib kimi gördüyü Rusiyanın təsir dairəsini məhdudlaşdırmaq niyyətidir. Aydındır ki, Fransa hazırkı mərhələdə bölgədə sülhə dəstək verməklə Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmaq vasitəsi kimi çıxış edir. Bununla belə, unutmaq olmaz ki, keçmişdə Fransanın Ermənistanı dəstəkləməsi bölgədə münaqişənin davam etməsinə də xidmət edirdi və Qarabağ problemi həll olunmamış dövrdə bu dəstək müharibə vəziyyətinin qorunub saxlanmasına yönəlmişdi. Bu gün isə Fransa Ermənistanı dəstəkləməklə sülh prosesinin irəliləməsinə çalışır, çünki anlayır ki, Ermənistanın Azərbaycanla sülh sazişini uğurla başa çatdırması onun Rusiyadan uzaqlaşmasının və Avropaya inteqrasiyasının ən qısa yoludur. Bununla yanaşı, Fransanın Ermənistanla bağlı siyasətində Azərbaycana yönəlik mənfi yanaşmanın mövcud olduğunu da nəzərə almaq lazımdır. Bu səbəbdən Ermənistan–Fransa yaxınlaşmasına ikitərəfli bir proses kimi baxmaq daha doğru olar: bu yaxınlaşma bir tərəfdən Ermənistanın güclənməsinə xidmət edirsə, digər tərəfdən gələcəkdə Azərbaycan üçün müəyyən problemlər yarada bilər. Ona görə də bu prosesi diqqətlə izləmək və hər addımdan düzgün nəticələr çıxarmaq vacibdir”.

Qəmər Kazımzadə

Bənzər Xəbərlər

Dünya

İran və Səudiyyə Ərəbistanı regional vəziyyəti müzakirə edib

May 6, 2026
Dünya

“İran ABŞ ilə hərtərəfli və ədalətli saziş istəyir”

May 6, 2026
Dünya

İran və Çin strateji tərəfdaşlığı müzakirə edib

May 6, 2026
Banner

Ermənistan–Belarus gərginliyinin arxasında hansı səbəblər dayanır? - AÇIQLAMA 

May 6, 2026
Siyasət

Zəngəzur dəhlizi regiondakı balansa necə təsir göstərəcək ? - AÇIQLAMA

May 5, 2026
Manşet

İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

May 5, 2026

XƏBƏR LENTİ

İran və Səudiyyə Ərəbistanı regional vəziyyəti müzakirə edib

06 May, 26 / 13:53

"Axios": ABŞ və İran müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşır

06 May, 26 / 13:51

“İran ABŞ ilə hərtərəfli və ədalətli saziş istəyir”

06 May, 26 / 13:47

İran və Çin strateji tərəfdaşlığı müzakirə edib

06 May, 26 / 13:42

Fars körfəzində ticarət gəmisinə hücum edilib

06 May, 26 / 13:35

İranda Pezeşkian və SEPAH arasında gərginlik xəbərləri təkzib edildi

06 May, 26 / 13:33

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi əsaslı təmirdən sonra istifadəyə verilib

06 May, 26 / 12:52

ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

06 May, 26 / 12:23

Qlobal Dizayn Forumu İstanbulda beynəlxalq dizaynerləri bir araya gətirəcək

06 May, 26 / 12:00

Ermənistan–Belarus gərginliyinin arxasında hansı səbəblər dayanır? - AÇIQLAMA 

06 May, 26 / 11:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.