Ermənistan məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın parlamentin keçmiş spikeri Alen Simonyana qarşı qaldırdığı iddianı təmin etməyib.
Zefer.media Caliber-ə istinadən xəbər verir ki, Koçaryan Simonyandan onun şərəf və ləyaqətini ləkələyən ifadələri təkzib etməsini tələb edib.
Məlumata görə, Alen Simonyan 2025-ci ilin mayında keçirilən brifinqlərdən birində müxalif siyasətçini “qatil və dövlət vəsaitlərini mənimsəyən şəxs” adlandırıb.
Simonyanın müdafiəsini həyata keçirən hüquq şirkətinin məlumatına görə, məhkəmə hesab edib ki, keçmiş spikerin ifadələrində qətl və ya hər hansı cinayət niyyəti ilə bağlı “müstəqil faktiki məlumatlar” yer almayıb.
Nəticədə Robert Koçaryanın Alen Simonyana qarşı iddiası rədd edilib.
Qəmər Kazımzadə

















