Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkənin sabiq prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryandan əlavə daha 4 nəfərin saxlanıldığını açıqlayıb.
Zefer.media xarici KİV-lərə istinadən xəbər verir ki, istintaqın versiyasına əsasən, Köçəryan dövlət əmlakını bazar qiymətindən aşağı qiymətlərlə əldə edib və aktivləri onunla əlaqəli şirkətlərin adına rəsmiləşdirib.
İstintaq çərçivəsində Köçəryana 56 daşınmaz əmlak obyektinin verilməsi, həmçinin oğlu Sedrak Köçəryanın adına külli miqdarda pul köçürmələri ilə bağlı məsələlər də araşdırılır.
Qeyd olunur ki, saxlanılan şəxslərin iş üzrə statusu və onlara qarşı irəli sürülən ittihamların detalları barədə əlavə məlumat verilməyib.
Aytən Yalçınqızı

















