Dünya

Ermənistan və Türkiyə tələbələr üçün təqaüd imkanlarını müzakirə edir

23 Mart 2026, 13:013
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistan və Türkiyə ali təhsil müəssisələrində tələbələr üçün təqaüd imkanlarının yaradılmasını müzakirə edir. 

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan məlumat verib.

Nazir bildirib ki, hazırda Ermənistan və Türkiyə arasında kifayət qədər dinamik, aktiv və ümidverici dialoq aparılır.

Mirzoyan xatırladıb ki, İrəvan və Ankara arasında artıq aydın razılaşmalar mövcuddur və onların icrası hər iki ölkədə irəliləyir.

O əlavə edib ki, 2025-ci il ərzində Ermənistan və Türkiyə rəsmi şəxsləri arasında bir çox görüş və əlaqələr həyata keçirilib, bu isə iki dövlət arasında dialoqun dinamik inkişafını göstərir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600