Banner

Ermənistan Parlamentinin sədri türkiyəli həmkarı ilə danışıqlar aparıb

17 Aprel 2026, 19:292
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Ermənistan Parlamentinin sədri Alen Simonyan türkiyəli həmkarı Numan Kurtulmuş ilə danışıqlar aparıb.
Zefer.media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş İstanbulda Parlamentlərarası Birlik Assambleyasının çərçivəsində baş tutub.
Simonyan gürcü spikerlə görüş zamanı türkiyəli həmkarının təklifindən məmnunluğunu ifadə edib: “Kurtulmuş Ermənistanın Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil edilməsini təklif edib ki, bu da regionda sülhə və sabitliyə töhfə verməlidir”.
Həmsöhbətlər qeyd olunan təşəbbüsün həyata keçirilməsinin təfərrüatlarını müzakirə ediblər.
Simonyan, həmçinin Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova ilə görüşüb.
Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600