• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9759
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Ermənistanın Fransa ilə belə bir sənəd imzalaması birbaşa Rusiyaya ünvanlanmış siqnaldır - ŞƏRH

06 May, 26 / 8:46
A A

Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb, bu barədə məlumatı xarici media yayıb. Sənəd İrəvanda səfərdə olan  Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.

Paris və İrəvan arasında siyasi dəstək baxımından, hərbi əməkdaşlıq, Avropa istiqaməti cəhətdən, iqtisadi və mədəni əlaqələr daha da inkişaf edib. Qarabağ münaqişəsi dönəmlərində də neytral qalmaq yerinə Fransa Ermənistan tərəfində mövqe nümayiş etdirib, dəstək göstərib. Azərbaycana qarşı isə olduqca qərəzli, ədalətsiz yanaşma sərgiləyib. Şübhəsiz həmin ölkədə fəal erməni icması var. Fransa və bəzi Avropa qurumları hətta Azərbaycanın daxili işlərinə müdaxilə etməkdən belə çəkinmirlər. Ümumiyyətlə Rəsmi Paris Cənubi Qafqazda aktiv rol oynamağa çalışır.

Mövzu ilə əlaqədar Zefer.media–ya şərh verən “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Ermənistan hazırda Avropa ölkələri və Avropa Birliyi ilə ən sıx inteqrasiya yolunu tutub və həmin istiqamətdə mümkün olan bütün addımları atmağa hazırdır:

“Çünki Avropa ilə inteqrasiya Ermənistan üçün Rusiya qarşısında müəyyən risklər yaratsa da, eyni zamanda Rusiyanın təsirindən daha etibarlı şəkildə uzaqlaşmağın əsas yollarından biridir. Fransa isə həmişə Avropada Ermənistanın ən yaxın müttəfiqlərindən biri olub. Azərbaycana qarşı 30 illik təcavüzkar müharibə dövründə Avropada Fransadan daha çox dəstək verən ikinci bir ölkə demək olar ki, olmayıb və həmin illərdə Ermənistanı Fransa prezidenti Emmanuel Makron qədər açıq şəkildə dəstəkləyən başqa bir Avropa lideri də görünmürdü. Strateji tərəfdaşlıq haqqında imzalanan saziş Ermənistanın Fransa ilə daha da yaxınlaşmaq istəyinin ifadəsidir. Belə sazişlər ümumilikdə qeyri-adi sayılmasa da, hazırkı şəraitdə – Avropa ilə Rusiya arasında ziddiyyətlərin dərinləşdiyi bir dövrdə – Ermənistanın Fransa ilə belə bir sənəd imzalaması həm siyasi, həm də geosiyasi mesaj xarakteri daşıyır və bu, birbaşa Rusiyaya ünvanlanmış siqnaldır. Elə bu günlərdə Emmanuel Makron Yerevanda çıxış edərkən qeyd etmişdi ki, əvvəllər bir çoxları Ermənistanın gələcəyini Rusiya himayəsində görürdü, lakin Qarabağ müharibəsindən sonrakı vəziyyət göstərdi ki, Ermənistan sürətlə Rusiyadan uzaqlaşır və onun gələcək perspektivləri daha çox Avropa ilə bağlıdır”.

Həmçinin müsahibimiz qeyd edib ki, Fransanın Ermənistanla yaxınlaşması bir tərəfdən keçmiş müttəfiqini daha güclü şəkildə himayə etmək siyasəti, digər tərəfdən isə Fransanın açıq şəkildə rəqib kimi gördüyü Rusiyanın təsir dairəsini məhdudlaşdırmaq niyyətidir:

“Aydındır ki, Fransa hazırkı mərhələdə bölgədə sülhə dəstək verməklə Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmaq vasitəsi kimi çıxış edir. Bununla belə, unutmaq olmaz ki, keçmişdə Fransanın Ermənistanı dəstəkləməsi bölgədə münaqişənin davam etməsinə də xidmət edirdi və Qarabağ problemi həll olunmamış dövrdə bu dəstək müharibə vəziyyətinin qorunub saxlanmasına yönəlmişdi. Bu gün isə Fransa Ermənistanı dəstəkləməklə sülh prosesinin irəliləməsinə çalışır, çünki anlayır ki, Ermənistanın Azərbaycanla sülh sazişini uğurla başa çatdırması onun Rusiyadan uzaqlaşmasının və Avropaya inteqrasiyasının ən qısa yoludur. Bununla yanaşı, Fransanın Ermənistanla bağlı siyasətində Azərbaycana yönəlik mənfi yanaşmanın mövcud olduğunu da nəzərə almaq lazımdır. Bu səbəbdən Ermənistan–Fransa yaxınlaşmasına ikitərəfli bir proses kimi baxmaq daha doğru olar: bu yaxınlaşma bir tərəfdən Ermənistanın güclənməsinə xidmət edirsə, digər tərəfdən gələcəkdə Azərbaycan üçün müəyyən problemlər yarada bilər. Ona görə də bu prosesi diqqətlə izləmək və hər addımdan düzgün nəticələr çıxarmaq vacibdir”.

Qəmər Kazımzadə

Bənzər Xəbərlər

Dünya

Ermənistanda seçkiqabağı gərginlik davam edir

May 21, 2026
Dünya

Kobaxidze: Onlar Gürcüstan və Ermənistan arasında nifaq salmaqda müvəffəq olmayacaq

May 21, 2026
Dünya

Mirzoyan: Ermənistanın AİB-dən çıxarılması məsələsi bizim müraciətimiz olmadan müzakirə edilə bilməz

May 21, 2026
Dünya

Putin Pekindəki danışıqlarda əsas vəzifələrdən birini yerinə yetirə bilmədi?

May 21, 2026
Dünya

Stoltenberq: NATO ABŞ olmadan mövcud ola bilməz və Aİ-ni əvəz edə bilməz

May 21, 2026
Gündəm

Tramp: “İranın düzgün cavab verməsi üçün gözləyə bilərik”

May 21, 2026

XƏBƏR LENTİ

Ermənistanda seçkiqabağı gərginlik davam edir

21 May, 26 / 12:59

Kobaxidze: Onlar Gürcüstan və Ermənistan arasında nifaq salmaqda müvəffəq olmayacaq

21 May, 26 / 12:44

Mirzoyan: Ermənistanın AİB-dən çıxarılması məsələsi bizim müraciətimiz olmadan müzakirə edilə bilməz

21 May, 26 / 12:41

Putin Pekindəki danışıqlarda əsas vəzifələrdən birini yerinə yetirə bilmədi?

21 May, 26 / 12:33

“Xameneyi bu üsulla sağ qalmağa çalışır”

21 May, 26 / 12:28

Merz Ukraynaya Aİ-də “assosiativ üzvlük” təklif edir – “Reuters”

21 May, 26 / 12:25

Stoltenberq: NATO ABŞ olmadan mövcud ola bilməz və Aİ-ni əvəz edə bilməz

21 May, 26 / 12:20

FT: “İranın ali rəhbəri haradadır?”

21 May, 26 / 12:11

Tehran və Vaşinqton 14 maddəlik təklif üzərində təmasları davam etdirir

21 May, 26 / 12:08

Tramp: “İranın düzgün cavab verməsi üçün gözləyə bilərik”

21 May, 26 / 12:06

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.